Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Böyük zəfərlərin carçısı – İlham Əliyev” mövzusunda tədbir keçirilmişdir

11 aprel 2019 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel 2018-ci il tarixdə növbəti dəfə Prezident seçilməsinin bir illiyinə həsr olunmuş “Böyük zəfərlərin carçısı – İlham Əliyev” alı tədbir keçirilmişdir.
Tədbirdən öncə, iştirakçılar Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin YAP Suraxanı Rayon Təşkilatının inzibati binasının foyesindəki büstünü ziyarət etmişdir.
Tədbir dövlət himninin səsləndirilməsi ilə öz işinə başlamışdır. Giriş sözü ilə çıxış edən YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki, ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 11 aprel 2018-ci il prezident seçkilərindən bir il ötür: “Bir il, zaman baxımından az olsa da, bütün sahələrdə əldə olunan uğurların statistikasına diqqət yetirdikdə, bugünə qədərki, uğurlu dövrün davamlılığı böyük qürur hissi yaradır”.
Vüqar Seyidov bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs, bir daha sübut etdi ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 2018-ci ildə ölkəmızdə keçirilən prezident seçkilərində seçicilərin mütləq çoxluğu ilə qələbə qazanan cənab İlham Əliyevin bir illlik fəaliyyətini ölkə vətəndaşları yüksək qiymətləndirirlər: “Prezident İlham Əliyevin fəaliyyətini Fransanın “Opinion Way” şirkətinin sorğusunda görürük. “Opinion Way” 8 blok üzrə suallar müəyyənləşdirib. Birinci dörd blokda qiymətləndirmədə müsbət rəy 90 faizə yaxındır. Digər dörd blokda isə 80 faiz ətrafındadır. Respondemtlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruru addımlar atılıb, əhalinin rifah həyatı üçün ardıcıl tədbirlər görülüb. Mən düşünürəm ki, bu bir il bundan əvvəlki seçicinin və bugünkü respondentin Azərbaycandakı ictimai-siyasi prosesə şüurlu yanaşmasının göstəricisidir. Təbii ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov son illərdə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlara nəzər salaraq, əldə olunan uğurlardan danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyi-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır: “Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir”.
Tədbirdə Suraxanı rayonunda məskunlaşmış məcburi köçkün, şəhid anası Saray Quliyeva, fəal gənclərdən olan Arzu Məmmədli çıxış edərək, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu bildirmişər.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, qeyd etmişdir ki, Azərbaycanda son illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, bütün sahələrdə tarixi əhəmiyyətə malik olan möhtəşəm nailiyyətlər əldə olunmuşdur: “Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq, ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılmışdır. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə və əhəmiyyətinə görə, heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, ölkə başçısının, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür”.
İlqar Abbasov, eyni zamanda Suraxanı rayonunda həyata keçirilən quruculuq işləri haqqında da məlumat vermiş və vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət başçısı kimi Suraxanıya dəfələrlə səfər edib. Bu səfərlərin hər biri quruculuq və inkişafı özündə ifadə edir. Rayon rəhbəri hazırda rayonda görülən abadlıq və quruculuq işləri barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir bədii hissə ilə başa çatmışdır.

Keçidlər