Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibəti ilə konsert təşkil edilmişdir

07 aprel 2019 | 16:00

Azərbaycanın 10 milyonuncu sakininin anadan olması münasibətilə Heydər Əliyev parkında təşkil olunmuş konsertdə tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişdir. Konsertdə qeyd olunmuşdur ki, Aprel ayı Azərbaycan xalqı üçün zəfər ayıdır. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir. Azərbaycanda hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olmuşdur.

Keçidlər