Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin ildönümü ilə bağlı qanvermə aksiyası keçirilmişdir

22 fevral 2019 | 16:00

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda tədbirlər davam edir. Rayonun 23 nömrəli Şəhər Poliklinikasının Hövsan kənd filialında “Donor günü” aksiyası keçirilmişdir.
“Donor günü” aksiyası Azərbaycan Talassemiya Federasiyası ilə birgə təşkil olunmuşdur. Aksiyada rayon sakinləri, xüsusi ilə Hövsan kənd sakinləri fəallıq göstərmiş və 75 nəfər qan vermişdir.

Keçidlər