Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyətində rayonun bir qrup fəal gənci ilə görüş keçirilmişdir.

31 yanvar 2019 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətində rayonun bir qrup fəal gənci ilə görüş keçirilmişdir.
Gəncləri “2 fevral - Gənclər günü” münasibəti ilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslardan, dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir.
Təhsil sahəsində gənclərimizin uğurları bizləri sevindirir. Bu nailiyyətlərin təməlində isə, heç şübhəsiz, təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni-yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsidir.
Bu işdə böyük fədakarlıq göstərən Arzərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın əməyinin xüsusi vurğulamaq lazımdır.
Rayon rəhbəri qeyd etmişdir ki, gəncləri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıram. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti gənclərimizə bir örnəkdir.
İlqar Abbasov bildirmişdir ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, rayon Gənclər evinin direktoru Natavan Rüstəmova, rayon gənclərindən Zülfiyə Rüstəmova, Lamiə Namazova, Elşən Məmmədov, Nigar Rəhimova, Rəsul Səfərov çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüş bu sözlərlə yekunlaşdı: Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdır.

Keçidlər