Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda ağacəkmə davam edir

22 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi,  Etibar Bəkirli küçəsin ətrafında davam etdirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin nümayəndələri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayonun idarə və müəssisələrinin nümayəndələri iştirak etmişdir.
170 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 350-dən artıq sərv ağacı əkilmişdir.
Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.

Keçidlər