Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda daha 500 ağac əkildi

15 dekabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yeni yaşıllıq zolaqlarının salınması istiqamətində mühüm işlər görülür. Ölkənin hər yerində olduğu kimi  Bakı şəhərində də yeni yaşıllıqların salınması istiqamətində görülən işlərin miqyası artıb.
Bu baxımdan paytaxtın Suraxanı rayonunda da xeyli iş görülüb. Ətraf mühitin yaxşılaşdırılması məqsədi ilə cari ilin ötən dövründə rayon ərazisində  6 minə yaxın ağac əkilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79  gölməçə qurudulmuş, neftlə çirklənmiş 20,0 hektar torpaq sahəsi təmizlənmişdir. Hazırda ağacəkmənin növbəti mərhələsi rayonun bütün qəsəbələrində uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirliyinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Qaraçuxur qəsəbəsi,  Etibar Bəkirli küçəsin ətrafında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon sakinləri olan tanınmış ziyalılar, elm, idman, incəsənət, mədəniyyət sahəsində çalışan tanınmış şəxslər, Ekologiya və təbii sərvətlər nazirliyinin, rayon İcra Hakimiyyətinin nümayəndələri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, rayonun idarə və müəssisələrinin kollektivləri iştirak etmişdir.
250 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 500-dən artıq sərv, çinar və eldar şamı ağacları əkilmişdir.
Bu aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
Davamlı şəkildə həyata keçirilən ağacəkmə aksiyaları nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər