Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin xatirəsi “Suraxanı Maşınqayırma zavodu” TASC-də anıldı

05 dekabr 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü münasibəti ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər  keçirilir. Növbəti tədbir “Suraxanı Maşınqayırma zavodu” TASC-də keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbirdə çıxış edən “Suraxanı Maşınqayırma zavodu” TASC İdarə Heyətinin sədri Arif Babayev qeyd etmişdir ki, öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşamışdır.
Ulu Öndərin Azərbaycan təəssübkeşliyi nəticəsində 70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkət çərçivəsindən çıxaraq SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan nefti onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
2003-cü ildən bəri ötən zaman kəsiyi də Ümummilli Liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu oldu. Ulu Öndərin layiqli davamşıçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev istər övlad, istər rəhbər, istər sərkərdə kimi Heydər Əliyev ucalığının təcəssümüdür, ən ümdə xəyalları gerçəyə çevirən dövlət başçısıdır.

Keçidlər