Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda daha 400 ağac əkildi

01 dekabr 2018 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
200 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 400-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

Keçidlər