Şriftin ölçüsü :

Saytın rəngi :

Estoniya nümayəndə heyəti Suraxanı rayonunda olmuşdur

26 oktyabr 2018 | 16:00

VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Estoniya nümayəndə heyəti Suraxanı rayonunda olmuşdur. Qonaqlar “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruğu, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Suraxanı Rayonu Heydər Əliyev parkı ilə tanış olmuş, 2010-cu ildə parkda əkilmiş dostluq ağacını sulamışlar.
Rayon İcra Hakimiyyətində keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gerçəkləşdirilən Dövlət Proqramları, həyata keçirilən iqtisadi islahatlar, aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma işləri, sənaye bölgələrinin və texnoparkların yaradılması haqqında geniş məlumat verilmiş, Bakı şəhərinin Suraxanı və Tallinn şəhərinin Kristiyne rayonları arasında perspektiv əməkdaşlıq imkanları müzakirə edilmiş, şəhərsalma, mənzil-kommunal, abadlıq, park-tikinti, yaşıllaşdırma və digər maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılmış, Azərbaycanın milli mədəniyyətini və qədim tarixini əks etdirən hədiyyə və suvenirlər təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, Suraxanı rayonu ilə Estoniyanın regionları arasında geniş əməkdaşlıq əlaqələri yaradılmışdır, bu da Ölkəmizin, Bakı şəhərinin dünyada və Avropada tanınması baxımından çox əhəmiyyətlidir. Bu günlərdə, oktyabrın 11-də Tallində Azərbaycanın və Estoniyanın 100 illiyi münasibətilə iki xalq arasında tarixi əlaqələrin və Bakı şəhərinin Suraxanı və Tallinn şəhərinin Kristiyne rayonları arasında dostluğun rəmzi olaraq salınmış parkın təntənəli açılış mərasimi olmuşdur.

 

Keçidlər