Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2018-ci ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

19 oktyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Şuranın geniş iclasında məruzə ilə çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki,2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, Azərbaycan öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Hesabat dövrü ərzində Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafıtəmin edilmiş, 2018-ci ilin 9 ayı ərzində Suraxanı rayonunda ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 335,5 milyon manat, tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 45,6 milyon manat, nəqliyyat xidmətləri 7,7milyon manat, pərakəndə ticarət dövriyyəsi 595,8milyon manat olmuş, orta aylıq əmək haqqı 571manat təşkil etmiş, əhaliyə 178,8 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, 2832 yeni iş yeri açılmışdır.
Azərbaycan   Respublikasının   Prezidenti   cənab  İlham  Əliyev may ayının 22-də növbəti dəfə Suraxanı rayonuna gələrək Qaraçuxur qəsəbəsində “ATEF Şirkətlər Qrupu” MMC tərəfindən inşa edilmiş yüksək gərginlikli avadanlıqlar zavodunun açılışında iştirak etmişdir.
2018-ci ilin 9 ayı ərzində rayon ərazisində ümumilikdə 44,7min kv.m.asfalt örtüyü çəkilmiş, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir. Yenidən qurulan yolların ətrafının estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə yolların ətrafında təmir-tikinti, abadlıq işləri aparılır, yaşıllıq zolaqları salınır, yerüstü kommunikasiya xətləri yerin altına salınır və ya nizamlanaraq rənglənir, yeraltı kommunikasiya xətləri təmir edilir və ya dəyişdirilir, küçələrdə müasir avtobus dayanacaqları quraşdırılır, yararsız vəziyyətdə olan mövcud dayanacaqlar isə yeniləri ilə əvəz olunur.
Bundan başqa rayonun mərkəzi küçələrinin estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə RİH tərəfindən yeni layihələr hazırlanaraq yolların ətrafında yerləşən qeyri-yaşayış sahələrinin, fərdi yaşayış evlərinin və hasarların  abadlaşdırılması işləri davam etdirilir.
Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsinin Babək prospekti ilə kəsişməsində yol kənarında piyada səkilərinin bərpası işlərinə başlanılmışdır. Hazırda yol boyu  bordurlar dəyişdirilir, tamet daşı düzülür və işıq dirəkləri yeniləri ilə əvəzlənir. Küçənin estetik görünüşün yaxşılaşdırılması məqsədi ilə yeni layihələr hazırlanaraq ətraf ərazidəki qeyri-yaşayış obyektlərinin sahiblərinə təqdim edilmiş, qanunsuz fəaliyyət göstərən dəmir qaynaqçı sexlərinin fəaliyyəti dayandırılmış, fərdi yaşayış evlərinin həyətyanı sahələrinin hasarları mişar daşı ilə hörülmüş, suvaq vurularaq rənglənmiş, yol boyu ağaclar əkilmişdir.
Əmircan-Qaraçuxur yolunda qanunsuz fəaliyyət göstərən daş-qum bazarı yığışdırılmış, ərazi abadlaşdırılmışdır.
Bu dövrdə rayonda 20447 p.m. su, 530 p.m. kanalizasiya və 4630 p.m. qaz xətti çəkilmiş, elektrik yarımstansiyaların binalarında cari təmir işləri aparılmış, 1500 m hava, 4238 m kabel elektrik xətləri çəkilmiş, 2 ədəd yeni TM quraşdırılmış, istismara yararsız  13 ədəd  KTM yeni müasir KTM-lərlə əvəz olunmuş, bəzi TM və KTM-də güc transformatorları daha güclü  transformatorlar ilə əvəzlənmiş, elektrik hava xətlərinin bəziləri təmir edilmiş, dirəklər düzəldilmişdir. Görülən işlər nəticəsində rayon əhalisinin 100%-i elektrik enerjisi, 98%-i məişət qazı, 96%-i su ilə təmin olunur.
İstilik sistemlərində təmir-bərpa işləri davam etdirilmiş, 510 p.m istilik xətti dəyişdirilmiş, istilik sisteminə qoşulmuş 324 çoxmənzilli yaşayış binası, 34 məktəb, 35 uşaq bağçası və 12 səhiyyə obyektinin hər birinə istilik verilişi təmin olunmuşdur. Hal-hazırda 2018-2019-cu illərin istilik mövsümünə hazırlıq işləri başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində binaların tikintisi, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri davam etdirilmiş, 5 abad  məhəllə salınməş, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbiistifadəyə verilmiş,Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın,23 nömrəli Şəhər Poliklinikasının Hövsan kənd filialının binaları əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir. Məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı tədbirlər davam etdirilmiş, Hövsan qəsəbəsi, Hafiz Quliyev küçəsi 22 saylı yataqxananın yardımçı binasının dam örtüyü təmir olunmuş, avqust ayında rayonda məskunlaşmış 58 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən onlar üçün tikilmiş yeni binalara köçürülmüşdür.
İDEA İctimai Birliyinin təşəbbüsü ilə “Bizim Həyət” adlı layihə çərçivəsində Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15, 15A, 15B saylı yaşayış binalarının həyətində abad məhəllənin salınması işləri də davam etdirilmiş, ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, rayon ərazisində  3767 ədəd ağac əkilmiş, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 5,77 hektar olan müxtəlif ölçülü 79  gölməçə qurudulmuş, neftlə çirklənmiş 20,0 hektar torpaq sahəsi təmizlənmişdir. Rayonda fəaliyyət göstərən şadlıq saraylarının rəhbərləri ilə RİH-də görüş keçirilmiş, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlukəsizliyi Agentliyinin əməkdaşları iştirak etmiş, şadlıq saraylarının rəhbərlərinə qısa müddət ərzində atmosferə atılan tullantıların zərərsizləşdirilməsi üçün təmizləyici avadanlıqların quraşdırılması tövsiyə edilmiş, hazırda bu istiqamətdə müvafiq işlər aparılır.
Mənzil fonduna daxil olan çoxmənzilli yaşayış binalarının əsaslı təmiri proqramı davam etdirilmiş, Qaraçuxur qəsəbəsində 49 girişdən ibarət 14 ədəd 9 mərtəbəli çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri başlanılmış, Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi 20 saylı 5 girişdən ibarət 9 mərtəbəli yaşayış binasında isə girişlərin əsaslı təmiri başa çatdırılmışdır. Suraxanı RMKTB tərəfindən çoxmənzilli yaşayış binalarında ümumilikdə 32 girişdə təmir işləri yekunlaşdırılmış, 12 girişdə isə təmir işləri hazırda davam edir.
“Etibarlı” MTK tərəfindən Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36 ünvanda yerləşən istismara yararsız iki mərtəbəli 16 mənzilli yaşayış binalarının yerində inşa edilən 12 və 14 mərtəbəli, iki girişli yaşayış binasında monolit dəmir-beton işləri başa çatdırılmış və hal-hazırda binanın daxilində hörgü və suvaq, eləcə də fasadın suvanması işləri aparılır.
Bundan əlavə Yeni Günəşli “D” yaşayış sahəsində “Xəzər inşaat XXI əsr” MTK tərəfindən 1254 mənzilli 9 ədəd, Zığ qəsəbəsində “Şahinlər” MMC tərəfindən 1050 mənzilli 15 ədəd, Yeni Günəşli “AB” yaşayış sahəsində “Atlanta” MTK tərəfindən 340 mənzilli 1 ədəd, Qaraçuxur qəsəbəsi Y.Eyvazov küçəsində “Elit-R” MTK tərəfindən 210 mənzilli 3 ədəd, Yeni Günəşli “V” yaşayış sahəsində “İB.İN.M-İNŞAAT” MTK tərəfindən 375 mənzilli 3 ədəd, Qaraçuxur qəsəbəsində “Neftçi” MTK tərəfindən 96 mənzilli, 1 ədəd 16 mərtəbəli çoxmərtəbəli yaşayış binasının inşası davam etdirilmişdir.
Hesabat dövrü ərzində Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir.İndiyədək Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 95 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, 250-yə yaxın  tədbir keçirilmişdir.
Dövlət İdman siyasətinin həyata keçirilməsi ilə bağlı rayonda 81 tədbir keçirilmiş, bu tədbirlərdə 14810 idmançı, o cümlədən 3400 məktəbli iştirak etmiş, ümumilikdə 243 idmançı beynəlxalq turnirlərdə, 1456  idmançı isə Bakı şəhər vəRespublika birinciliklərində iştirak etmiş, onlardan 182  idmançı beynəlxalq yarışların qalibi, 911 idmançı isə Bakı şəhər və Respublika birinciliklərinin qalibləri olmuşdur.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilmiş, DSMF-nin rayon şöbəsi tərəfindən bu dövr ərzində 1589  nəfərə sosial yardım təyin edilmiş, 9959 nəfərə 7,1 milyon manat məbləğində sosial müavinət verilmiş, 168 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmiş, Rayon Məşğulluq  Mərkəzi  müraciət edən 1439 nəfər vətəndaşdan 429-nu  iş ilə təmin etmiş, 2886 nəfərə peşəyönümü məsləhətlər verilmiş, 60 nəfər işsiz peşə hazırlıq kurslarına göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədilə işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilmiş, Rayon MKTB-yə  31-i məcburi köçkün olmaqla 850 nəfər, digər qurumlarda 487 nəfər vətəndaş işə qəbul edilmişdir.
Rayonun xarici əlaqələri davam etdirilmiş, 11 oktyabr tarixdə Azərbaycan və Estoniya Respublikalarının 100 illiyi münasibəti ilə, iki xalq arasında tarixi əlaqələrin, Suraxanı və Tallin şəhərinin Kristiyne rayonları arasında dostluğun simvolu olaraq Tallinn şəhərində dostluq parkının açılışı olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 481 nəfər vətəndaş qəbul edilmiş, 1015 nəfərin iştirakı ilə 32 səyyar görüş-qəbul keçirilmişdir.
Şuranın geniş iclasında çıxış edənlər uğurlara və problemlərə diqqət yetirmiş, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləmişlər.
Müzakirələri yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğuladı ki,Azərbaycanın bütün regionlarının, o cümlədən Suraxanı rayonunun hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərən Dövlətimizin başçısını əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarına, siyasi xəttinə sadiq olan rayonun sakinləri və əmək kollektivləri cənab İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin yerinə yetirilməsi, ölkəmizin inkişaf etdirilməsi vədaha da güclü olması üçün bütün səy və bacarıqlarını səfərbər edəcək, ölkəmizin daha da qüdrətlənməsi naminəcənab Prezidentə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Suraxanı RİHBA-nın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Əhmədov Zaur Həşim oğluna medalı təqdim olundu, Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup rayon prokurorluğunun əməkdaşı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər. Eyni zamanda, iclas iştirakçılarının diqqətinə çatdırıldı ki, cənab Prezidentin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətinə görə Pərviz İsmayılov adına 278 №-li tam orta məktəbin direktoru Əliyeva Məlahət Avil qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Şuranın geniş iclasında Milli Məclisin deputatları Ağacan Abiyev və Fərəc Quliyev iştirak etmişdir.

Keçidlər