Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda daha 200 ağac əkildi

13 oktyabr 2018 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Əmircan qəsəbəsində Balandin küçəsinin, Bülbülə qəsəbəsində isə Səttar Bəhlulzadə küçəsinin kənarlarında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
100 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 200-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

Keçidlər