Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” Suraxanıda təntənəli qeyd edildi

31 may 2018 | 16:00

“1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda çoxsaylı uşaqların iştirak etdiyi möhtəşəm bayram tədbiri keçirilmişdir.
Xüsusi tərtibatla bəzədilmiş “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun qarşısındakı meydanda bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tədbirdə aztəminatlı ailələrdən olan uşaqlar, valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, məcburi köçkün ailələrindən olan uşaqlar, eyni zamanda rayon ərazisində yerləşən uşaq bağçalarında,  məktəblərdə tərbiyə alan uşaqlar və məktəblilər iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq onları “1 iyun-Uşaqların Beynəlxalq  Müdafiəsi Günü” münasibəti ilə təbrik etdi və bildirdi ki, ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunmasının, onların əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılmasının əsası Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim uşaqlara diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır, onlara əsl ana qayğısı göstərirlər.
Sonra məktəblilərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxış oldı. Qurban Abbasov adına və Səttar Bəhlulzadə adına mədəniyyət saraylarının bədii kollektivlərinın, 3 nömrəli incəsənət məktəbinin şagirdlərinin hazırladığı  bədii-əyləncəli proqram uşaqlara təqdim olundu. Bayram şənliyində balaca idmançılar öz məharətlərini göstərdilər.
Bayramı uşaqlar böyük sevinclə qeyd etdilər.

Keçidlər