Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tibb müəssisəsində maarifləndirici tədbir təşkil edilib

24 may 2018 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə mayın 23-də 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında rayonun tibb müəssisələrinin əməkdaşlarının iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyəti-100" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Bilik Fondunun əməkdaşı Aytən Xubanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təmsil olunduğu qurumun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirdiyi tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Həbibə Qəribova iştirak ediblər.
Tədbirdə Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Boran Əzizin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı mühazirəsi dinlənilib.

Keçidlər