Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbirlər davam edir

22 may 2018 | 16:00

Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə rayonda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbirlər davam edir.
21 may 2018-ci il  tarixdə Suraxanı Maşınqayırma Zavodu” TASC-də “Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik Respublika” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı məruzə ilə çıxış etmişdir.
22 may 2018-ci il  tarixdə isə iki tədbir keçirilmişdir. Rayonun Zığ qəsəbəsinin ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 317 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mədəniyyəti” mövzusunda, “Bahar Energy operating Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində isə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-siyasi vəziyyətin tənzimlənməsi məsələləri” mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Alxan Məmmədov, AMEA Milli Azərbaycan muzeyinin aparıcı elmi işçisi Nardanə Yusifova, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə DK-nin Bakı şöbəsinin əməkdaşlar Hatəm Gülməmmədov və Həbibə Qəribova, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov  çıxış etmişlər.
Keçirilən tədbirlərdə vurğulanmışdır ki, ölkəmiz şərqin ilk demokratik respublikası olmuşdur.Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırır. Bu Azərbaycan tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixi.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlər qarşıdakı günlərdə də davam edəcəkdir.

Keçidlər