Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər

02 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada həyata keçirilir.
Bu günə qədər rayon üzrə 139 min 200 nəfər və 121 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan  3077 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 101 nəfər stasionar müalicəyə cəlb edilib, 236 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli Şəhər Poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacağa Bağırov bildirdi ki, poliklinika müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Poliklinika 19150 nəfər böyük əhaliyə və 6138 uşağa xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali  ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrdən keçirlər.  1 may 2018-ci il  tarixədək 17511 nəfər böyük əhali tibbi müayinədən keçib. Onlardan 64 nəfəri rentgen, 237 nəfəri USM aparatından, 495 nəfəri laboratoriya  və 196 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 329  nəfərərində müxtəlif xəstəliklər aşkar olunub və 14 nəfər Bakı şəhərinin digər xəstəxanalarına müayinə üçün göndərilib.  Xəstəlik aşkar edilən vətəndaşların  müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların  evlərində tibbi xidmət göstərirlər.
            Bülbülə qəsəbəsiində yaşayan vətəndaş Məmmədova Gülü  24 nömrəli ŞP-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək vurğuladı ki, bu aksiya bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyir.
Bülbülə qəsəbəsində yaşayan sakin Həsənov Malik bildirdi ki, cənab Prezidentin bu təşəbbüsü qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanır və insanlar tibbi müayinəyə böyük həvəslə gəlirlər. Bu qayğıya görə cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Keçidlər