Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Hövsan qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

27 fevral 2018 | 16:00

27 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsi, 1 №-li Zeytun Sovxozunda sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 65 nəfər sakin, aparatın məsul işçiləri, Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Sakinlərdən Süleymanov Nizami Səlim oğlunun, Süleymanov Azad Səlim oğlunun, Misirxanov Bəylər Məzahir oğlunun, Kazımov Şirməmməd Əjdər oğlunun, Bəxşiyev Hidayət Talıb oğlunun küçənin asfaltlanması ilə bağlı müraciətinə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, 2017-ci il ərzində küçələrə və məhəllədaxili ərazilərə ümumilikdə 306,3 min kv.m. asfalt örtüyü çəkilmiş, Zığ, Əmircan və Yeni Suraxanı qəsəbələrini birləşdirən, uzunluğu 12,0 km. olan avtomobil yolunun 3,0 kilometrlik hissəsi və Qaraçuxur-Zığ avtomobil yolu yenidən qurulmuş, Zığ qəsəbəsi-Heydər Əliyev Beynəlxalq Hava limanı avtomobil yolundan Zığ-Əmircan və yeni qurulan Zığ-Hövsan avtomobil yollarına yeni dairə və yol hissəsi  inşa olunmuş, həmin dairə istiqamətində yeni yollar salınmış, mövcud yollar yenidən qurulmuş, Zığ-Hövsan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir.
Rayon rəhbəri eyni zamanda sakinlərin diqqətinə çatdırmışdır ki, rayonun sosial-iqtisadi inkişafı müxtəlif Dövlət və Yerli Proqramlara uyğun həyata keçirilir. Küçənin asfaltlanması, elecədə digər kommunal məsələrin həlli Dövlət Proqramında nəzərdə tutulur. Dövlət Proqramları qəbul edilərkən lokal problemlər, onları doğuran səbəblər və digər məsələlər dərindən öyrənilir, ciddi təhlil olunur və nəticədə Dövlət proqramına daxil edilir. Qeyd etyiniz problem bizə məlumdur, eyni zamanda rayonun həlli vacib hesab edilən məsələrinin siyahısında öz əksini tapmış və aidiyyəti orqanlar bu barədə məlumatlandırılmışdır. Dövlət proqramlarını müxtəlif icraçı dövlət orqanları tərəfindən yerinə yetirilir. Rayon ərazisində yolların əsaslı təmiri, yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfində yerinə yetirilir. Qeyd etdiyiniz küçənin təmiri istiqamətində RİH tərəfindən aidiyyəti təşkilatlara məktublarla müraciət olunmuş mütəmadi əlaqə saxlanmış və məsələnin həlli istiqamətində işlər davam etdirilir. Çalışacağıq ki, bu məsələni 2018-ci ilin Dövlət İnvestisiya Proqramına daxil olunmasına nail olaq. Həllinə nail ola bilməsək müvəqqəti olaraq yol-tikinti materialları ilə cari təmir olunacaq.
Səkinlərdən İslamov Rafiq Ayaz oğlunun və Bayramov Taleh Qənbər oğlunun işlə təmin olunmaları ilə bağlı müraciətlərinə İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayonunda işsiz vətəndaşların işlə təmin olunmaları məqsədi ilə bir neçə istiqamətdə tədbirlər görülür. Belə ki, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində yeni iş yerləri açılıb, rayonda aparılan abadlıq-quruculuq, yaşıllaşdırma və tikinti işlərində də sakinlərimizin işsiz təbəqəsinin məşğulluğu təmin edilir. Eyni zamanda, rayon Məşğulluq Mərkəzi də vakant iş yerlərinə göndərişlər verir. Təklif olunan işlərdə işləmək istəyənlər Rayon İcra Hakimiyyətinə, Məşğulluq Mərkəzinə və Mənzil Kommunal Təsərrüfatı Birliyinə müraciət edə bilərlər.
Səyyar görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Keçidlər