Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təntənəli qeyd edilir

27 dekabr 2017 | 16:00

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2018-ci il” münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.
Növbəti belə bayram tədbiri Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Yeni Günəşli yaşayış massivində yerləşən 2 nömrəli Uşaq evində təşkil olunmuşdur. Uşaqları təbrik etmək üçün Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  2 saylı Uşaq evində olmuşdur.
Xüsusi tərtibatla bəzədilmiş Uşaq evində bayram əhval-ruhiyyəsi hökm sürürdü. Uşaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2018-ci il” münasibəti ilə onları təbrik etdi. İlqar Abbasov öz çıxışında ölkə başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğıdan ətraflı danışdı. İlqar Abbasov xüsusi vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva,   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tez-tez uşaq evləri və internat məktəblərində, o cümlədən, 2 saylı uşaq evində olur, onların gündəlik qayğıları, təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının təşkili ilə maraqlanır və dəstək olurlar. Onlar  uşaq evlərində məskunlaşan balacalara əsl ana qayğısı göstərirlər.
2 saylı Uşaq Evinin müdiri Sevda Hacıyeva uşaqlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Uşaqların böyük həvəslə iştirak etdikləri şənlikdə uşaqlar arasında müxtəlif yarışlar təşkil olundu və onlara Rayon İcra Hakimiyyəti başçısının bayram hədiyyələri paylandı.
Sonda incəsənət ustalarının uşaqlar üçün hazırladıqları bayram konserti, Şaxta Babanın, Qar qızın maraqlı söhbətləri fidan balaların sevincinə sevinc qatdı.

Keçidlər