Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Əmircan rəssamlarının sərgisi açılmışdır

08 dekabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinə xalq rəssamı Səttar Bəhlulzadənin 108 illiyi münasibəti ilə Əmircan rəssamlarının sərgisi təşkil olunmuşdur. Sərgidə Əmircan qəsəbəsində yaşayan 27 rəssamın çəkdiyi rəsmlər nümayiş olunur.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Sərginin açılış mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Əmircan torpağı bir çox tanınmış insanları, alimləri, rəssamları, şairləri, sənət adamlarını Azərbaycana bəxş etmişdir. Onlardan ən tanınmışlardan biri də xalq rəssamı Səttar Bəhlulzadədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ölkəmizin hər yerində, o cümlədən xarici ölkələrdə və YUNESKO miqyasında qeyd olunmuşdur.
19 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizn Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində əsərləri ilə özünə ölməzlik abidəsi ucaldan xalq rəssamı Səttar Bəhlulzadənin 100 illik yubileyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmiş, Rayon İcra Hakimiyyətinin xüsusi layihə əsasında Əmircan qəsəbəsində qəbirüstü abidəsinin bərpa ətrafı abadlaşdırılmışdır.
Dünya boyakarlıq sənətində xüsusi yeri olan Səttar Bəhlulzadənin dünya ictimaiyyətinə tanıtdırılmasında mədəni irsimizin himayədarı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva ölkəmizdə və ölkəmizdən kənarda Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğində, istedadlı rəssamların və heykəltəraşların  sərgilərinin təşkil olunmasında fəal iştirak edir.
Ölkəmizdə yaradıcı insanlara həmişə böyük diqqət və qayğı ilə yanaşılır. Onların müxtəlif səviyyələrdə sərgiləri təşkil olunur. Belə bir sərgi bu gün burada təşkil olunub.
Sərginin aşılış mərasimində təşkilində Rəssamlar İttifaqının katibi xalq rəssamı Ağəli İbrahimov, Əməkdar İncəsənət xadimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev çıxış etdilər. Sonra sərgiyə baxış oldu.
Tədbirin sonunda sərgi iştirakçılarına diplom və kataloq təqdim olundu.

Keçidlər