Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin xatirəsi Suraxanıda 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında anıldı

04 dekabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi  Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər  keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilmişdir.
Anım tədbirinin əvvəlində bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edildi.
Tədbiri giriş sözü ilə açan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirdi ki, parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur. Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem - dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratmışdır. Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin ideallarının ictimai şüurda möhkəmlənməsi istiqamətində davamlı işlər aparılır.
Tədbirdə 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimləri Ramidə Kərimova, Şəfa Yusifova, Razim Hacıyev, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Birliyinin Suraxanı rayon təşkilatının sədri Eldar Rüstəmov çıxış etdilər.

Keçidlər