Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda ağacəkmə mövsümü uğurla davam edir

02 dekabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyələrə uyğun olaraq Suraxanı Rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mövsümünü uğurla davam etdirir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə rayonun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə keçəsinin ətrafında keçirilmişdir.
Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
150 nəfərin iştirak etdiyi iməcilikdə müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 300-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davam edəcəkdir.

Keçidlər