Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

21 noyabr 2017 | 16:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin yaratdığı  Yeni Azərbaycan Partiyasının(YAP)  25-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir.
Rayon idarə və müəssisələrində  Yeni Azərbaycan Partiyasının 25-ci ildönümünə həsr olunmuş müxtəliv tədbirlər, dəyirmi masalar təşkil olunur.
Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının və YAP Suraxanı Rayon Təşkilatının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə «Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu» mövzusunda, noyabrın 17-də Suraxanı Rayon İcra Hakimiyyətinin və  Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının təşkilatçılığı ilə “Xalq və dövlətçilik uğrunda-25 il” adlı tədbirlər keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının yarandığı gün – 21 noyabr tarixdə isə Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı Rayon Təşkilatının İdarə heyətinin üzvləri, 300-dən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri  Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunmuş, məzarları üzərinə güllər düzülmüşdür.

Keçidlər