Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb

16 noyabr 2017 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın paytaxtın Xətai, Səbail, Suraxanı, eləcə də Abşeron, Neftçala, Salyan, Şirvan, Cəlilabad və İmişli rayonlarından olan iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər noyabrın 16-da Gəncə şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov, şəhər icra hakimiyyəti aparatının və ictimaiyyətin nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış edib, yeni hazırladıqları fləşmobu göstəriblər.
Tur-aksiya iştirakçılarını salamlayan Zakir Hüseynov Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumat əldə edəcəklər. Həmçinin qədim Gəncənin son illərdə keçdiyi sürətli inkişaf yolu haqqında ətraflı məlumatlandırılacaqlar.
Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı noyabrın 17-də davam edəcək.

Keçidlər