Şriftin ölçüsü :

Saytın rəngi :

MİDA-nın Hövsan Yaşayış Kompleksində 3000 mənzil inşa ediləcək

16 noyabr 2017 | 16:00

Bakı, 16 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında reallaşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Anar Quliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin internet səhifəsinin təqdimat mərasimi ilə bağlı mətbuat konfransında deyib.
Hövsan qəsəbəsində tikiləcək kompleks ərazisinin Yasamal Kompleksi ilə müqayisədə daha böyük (20 hektar) olduğunu söyləyən agentlik rəsmisi əlavə edib ki, kompleksin şəhərsalma əsaslandırılması hazırlanıb, bu yaxınlarda tikintisinin aparılması nəzərdə tutulub.
Nəzərə çatdırılıb ki, Hövsan Yaşayış Kompleksində təqribən 3000 mənzil inşa ediləcək. Burada sakinlər üçün lazımı şərait yaradılacaq, infrastruktur layihələri həyata keçiriləcək.
Güzəştli mənzillərin alınma şərtləri isə hər 2 kompleks üçün eyni olacaq. Mənzillərin yerləşdiyi ərazidən asılı olaraq qiymətlər dəyişə bilər və bu zaman orta bazar qiymətləri əsas götürüləcək.

Keçidlər