Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda ağacəkmə aksiyası davam edir

11 noyabr 2017 | 16:00

Suraxanı rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası rayonun Əmircan qəsəbəsində Səttar Bəhlulzadə və Balandin küçələrində keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
120 nəfərin iştirak etdiyi iməcilikdə parkda müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 250-dən artıq ağac əkilmişdir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davamlı keçiriləcəkdir.

Keçidlər