Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

31 oktyabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 76, 79, 85, 87 və 141 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Açıq dərsdə 79 nömrəli tam orta  məktəbin müəllimi Rüstəm Fətullayev “Heydər Əliyev və Azərbaycan”, 87 nömrəli tam orta  məktəbin müəllimi Sevil Məmmədsalahova “Heydər Əliyevin neft strategiyası”, 76 nömrəli tam orta  məktəbin müəllimi Pəri Həsənova “Heydər Əliyev və təhsil”, 85 nömrəli tam orta  məktəbin müəllimi Aynur Əsgərova “Heydər Əliyevin və Azərbaycan mədəniyyəti”, 141 nömrəli tam orta  məktəbin müəllimi Ülviyyə Kərəmova “Heydər Əliyev və Müstəqil Azərbaycanda ordu quruculuğu”  mövzularında dərs dedilər.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər