Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda növbəti ağacəkmə aksiyası “Neftçilər” parkında keçirilmişdir

28 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyələrə uyğun olaraq Suraxanı rayon İcra Hakimiyyəti rayonun bütün qəsəbələrində ağacəkmənin növbəti mərhələsini uğurla davam etdirir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti kütləvi ağacəkmə aksiyası rayonun Qaraçuxur qəsəbəsində yerləşən Neftçilər parkın da keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye, səhiyyə müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri iştirak etmişdir.
200 nəfərin iştirak etdiyi iməcilikdə parkda müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və 300-dən artıq ağac əkilmişdir.
Məlumat üçün bildirək ki, 3,4 hektara yaxın (33800 kv.metr) sahəni əhatə edən “Neftçilər” parkının əsaslı təmiri “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.
Parkın xüsusi layihə əsasında əsaslı təmiri bu gün sürətli formada davam etdirilir. Parkın ərazisində ağaclar budanaraq aşma təhlükəsi olan qurumuş ağaclar götürülmüş, suvarma və işıqlandırma layihələri hazırlanmışdır. Hal-hazırda bordüraltı hissələrə armaturlar atılaraq beton tökülür, arakəsmələr karbonat materialı ilə kipləşdirilir və üzərinə atsep və sement qarışığı ilə tamet daşları döşənir. Bu günə qədər 3 min kvadrat metrdən çox sahəyə tamet daşı döşənmiş, 1200 paqonnı metr bardur düzülmüşdür. Parkda eyni zamanda yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün gilzalar yerləşdirilir, qazon salınacaq sahələr torpaq səviyyəsi ilə düzləşdirilir.
“Neftçilər” parkında əhalinin və uşaqların istirahəti üçün hər cür şərait yaradılacaq, yeni oturacaqlar, söhbətgahlar, müxtəlif oyun elementləri quraşdırılacaq, işıqlandırma, ağacları suvarmaq üçün suvarma sistemi quraşdırılacaqdır.
“Neftçilər” parkının 2018-ci ilin ikinci rübündə rayon sakinlərinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyaları davamlı keçiriləcəkdir.

Keçidlər