Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

14 sentyabr 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Suraxanı Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq müqaviləsi  imzalanmışdır.
Tərəflər bu barədə razılığa Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin neft strategiyası” mövzusunda Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində keçirilmiş konfransda razılığa gəlmişlər. Razılaşmaya əsasən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olalan 15 nəfər şagirdin 2017-ci il sentyabrın 15-dən 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən hazırlaşdırılacaqlar. Həftədə 2 dəfə institut alimləri rayonun Heydər Əliyev Mərkəzində şagirdlərlə kimyadan məşğələlər keçəcəklər. İnstitutun tanınmış alimləri ilə görüşlər təşkil olunacaq və alimlər şagirdlərə məharət dərsləri keçəcəklər. Ayda 1 dəfə şagirdlərin institutun laboratoriyalarında görülən işlərlə tanışlığı təşkil ediləcək. Şagirdlər institut tərəfindən əlavə dərs vəsaitləri ilə təmin olunacaqlar. Hər rübdə bir dəfə institut alimləri tərəfindən hazırlıq səviyyəsinin yoxlanılması məqsədi  ilə şagirdlər üçün sınaq testləri keçiriləcək.
Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi olmuşdur. Mərasimində AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonun təhsil işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər. Əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından danışdı. İlqar Abbasov qeyd etdi ki, son 14 ildə Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, təhsil sistemində də çox ciddi irəliləyişlər, uğurlar əldə olunmuşdur. Bu illər ərzində yaradılmış baza Azərbaycan təhsilinin inkişafına uzun müddət xidmət edəcəkdir.
Rayon rəhbəri AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun rayon məktəblərinin 10-cu sinfində təhsil alan və gələcəkdə I qrup ixtisaslarını seçən, xüsusi istedadı ilə fərqlənən və aztəminatlı ailələrdən olalan 15 nəfər şagirdin 2017-ci il sentyabrın 15-dən 2 il müddətində institutun alimləri tərəfindən kimya fənnindən hazırlaşdırılması təklifini və əməkdaşlıq müqaviləsinin  imzalanmasını çox yüksək qiymətləndirdi.
Tədbirdə çıxış edən AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov şagirdlərə və kimya müəllimlərinə öz tövsiyələrini verdi.
Sonda şagirdlərin və müəllimlərin çoxsaylı sualları cavablandırıldı.

Keçidlər