Şriftin ölçüsü :

Saytın rəngi :

İstismara yararsız yaşayış binalarının əvəzinə yeni yaşayış binaları tikilir

06 sentyabr 2017 | 16:00

Yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının və digər obyektlərin sökülərək yeni yaşayış binalarının inşa edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişinə və Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq rayonun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 34 və 36, Qəzənfər Vəliyev küçəsi 13 ünvanda yerləşən istismara yararsız 3 ədəd 2 mərtəbəli yaşayış binalarının əvəzinə “Etibarlı” MTK tərəfindən 12 və 14 mərtəbəli, iki girişli, 177 mənzilli yaşayış binaları inşa edilir.
Bundan əlavə hazırda Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə pilot layihə çərçivəsində “Spektor-H” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi üçün müvafiq sənədləşmə işləri aparılır.

Keçidlər