Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Qurban bayramı geniş qeyd edilmişdir

03 sentyabr 2017 | 16:00

Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən yuxarı  ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanmışdır.
Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, RİHBA-nın əməkdaşları, bələdiyyə sədrləri, üzvləri iştirak etmişlər.
Təşkil olunmuş bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etmişdir. Təbrikdə möhtərəm Prezidentimiz vurğulamışdır: “Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.”
Tədbirdə qeyd olunmuşdur ki, böyük fərəh hissləri ilə ölkəmizdə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin təntənəsinə çevrilir.

Keçidlər