Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayonu Heydər Əliyev parkında “ATEF GİM” idman bölməsinin rayon sakinlərinə tanıdılması tədbiri keçirilmişdir

21 avqust 2017 | 16:00

Suraxanı Rayonu Heydər Əliyev parkında Rayon İcra Hakimiyyətinin və “ATEF Şirkətlər Qrupu”nun birgə təşkilatçılığı ilə “ATEF Şirkətlər Qrupu”nun nəzdində fəaliyyətə başlayan “ATEF GİM” idman bölməsinin rayon sakinlərinə tanıdılması tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etdilər. Sonra “ATEF GİM”in müvafiq idman növlərini təbliğ edən lövhələrə və stendlərə baxış oldu.
Rayon sakinlərinə məlumat verildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdiyi dəstəyi nəzərə alaraq “ATEF Şirkətlər Qrupu”nun nəzdində müasir idman avadanlıqları ilə təchiz edilmiş “ATEF GİM” idman bölməsi fəaliyyətə başlamışdır. “ATEF GİM”in səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə idman kompleksində bir sıra idman növlərinin, o cümlədən Cudo, GrossFit, Bodybuilding və s. növlərinin təlim və tədrisini həyata keçirən idman mütəxəssisləri işə qəbul olunmuşdur.
Sonda idmançıların nümunəvi çıxışları təqdim olundu.

Keçidlər