Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

13 iyun 2017 | 16:00

Suraxanı rayonunda “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə silsilə tədbirlər keçirilir. Novbəti tədbir “Heydər Əliyev - Azərbaycanın ən müasir tarixində silinməz iz qoyan dahi” mövzusunda konfrans Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatı tərəfindən təşkil olunmuşdur.
Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular və Mərkəzin sifarişi ilə hazırlanmış “Tarixi yaradan şəxsiyyət Heydər Əliyev” filminə baxdılar.
Dövlət himni səsləndirildikdən sonra konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi xalqımızın qurtuluş, qəhrəmanlıq tarixidir. 15 iyun tarixi Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev həmin zaman yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu qayıdış ilk növbədə, Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, kütləvi qanlar axıdılmasına son qoyuldu, atəşkəsin imzalanmasına nail olundu.
Ümummilli Lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş və qurtuluş mərhələsidir.
15 iyun tarixi Azərbaycanın böyük faciə və məşəqqətlərdən qurtuluşunun həqiqi ifadəsinə, inkişaf və tərəqqi ilə səciyyələnən yeni mərhələsinin başlanğıcına çevrilmişdir.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi bu ağır günlərdə Ulu Öndərin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması əslində, onun müstəqil Azərbaycan Respublikasını, xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” – deyən Ulu Öndərin xalqı, vətəni qarşısında misilsiz fədakarlığı idi.
İlqar Abbasov qeyd etdi ki, ötən əsrin 90-cı illərində cərəyan edən proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan müstəqilliyindən məhrum edilməli idi. Yalnız Ulu Öndərin hakimiyyətə gəlişi ilə bütün bu məkrli planlar alt-üst edildi. Xalqımızın Ümummilli Liderinin həyata keçirdiyi uzaqgörən, qətiyyətli və cəsarətli siyasətinin nəticəsi olaraq müstəqilliyimizi istəməyənlərin bütün niyyətləri gözlərində qaldı. XX əsrdə yenidən müstəqilliyini qazanmış xalqımızın azadlıq arzusu təmin olundu. Azərbaycan formal müstəqillikdən həqiqi müstəqilliyə qədəm qoydu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir.”
Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun məntiqi yekunu olaraq Azərbaycanda müstəqil dövlətçiliyin möhkəm əsaslarını quraraq xalqımızın çoxəsrlik tarixində Azərbaycan adlı dövlət yaratmış nadir siyasi şəxsiyyətdir.
Azərbaycan xalqının Ümummilli LideriUlu Öndər Heydər Əliyevin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.
Ulu Öndərin qurub gücləndirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin isə daha da qüdrətləndirdiyi Azərbaycan regionun lider dövləti, dünya birliyində isə söz sahibidir. Bütün bunlara ölkəmiz tək özünün geostrateji üstünlüyü, zəngin karbohidrogen ehtiyatlara malik olması səbəbindən nail olmayıb. Ən əsas səbəb möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü qətiyyətli, cəsarətli, layiqli siyasətdir. Beləliklə, Azərbaycan regionda lider, dünya birliyində söz sahibi olaraq milli maraqlarını bütün səviyyələrdə layiqincə təmin edən ölkədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi Milli Qurtuluşdan yeni İntibaha çatdıran görkəmli dövlət xadimidir.
Rayon rəhbəri xüsusi vurğulamışdır iki, bütün bu uğurların qazanılmasında, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının ölkəmizdə gerçəkləşməsində möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə birgə fəal iştirak edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.
İlqar Abbasov məruzəni bu sözlərlə bitirdi: Milli Qurtuluşun banisi, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu qarşısında baş əyirəm və deyirəm: Ulu Öndər! Siz bizim qəlbimizdə əbədi olaraq yaşayacaqsınız. Sizin yaratdığınız və bizə ərməğan etdiyiniz Müstəqil Azərbaycan Respublikasının sükanı etibarlı əllərdədir. Ölkəmiz davamlı inkişaf edir və yeni-yeni möhtəşəm layihələrə imza atır.
Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonda rayonda aparılan abadlıq-quruculu işlərində fərqlənən bir qrup şəxs və təşkilat Rayon İcra Hakimiyyəti başçısının Fəxr Fərmanı ilə təltif olundu.

Keçidlər