Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda ağacəkmə aksiyası davam edir

22 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin olkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı verdiyi müvafiq tapşırıq və tövsiyələrə uyğun olaraq Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün qəsəbələrində ağacəkmə aksiyası uğurla davam edir. Növbəti kütləvi ağacəkmə aksiyası aprelin 22-də rayonun Əmircan – Qaraçuxur yolunun ətrafında keçirilmişdir.
Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri, sənaye müəssisələrinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri və sakinlər iştirak etmişdir.
250 nəfərin iştirak etdiyi iməcilikdə yolun kənarlarında müvafiq təmizləmə işləri aparılmış, abadlıq işləri görülmüş, mövcud olan yaşıllığa qulluq edilmiş və əraziyə 500-dən artıq ağac əkilmişdir.
Rayonda ağacəkmə aksiyalarının davamlı şəkildə həyata keçirilməsi nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır, torpaq qatı münbitləşir.
Mövsümün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər