Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 2016-cı ilə yekun vurulmuşdur

20 fevral 2017 | 16:00

“Suraxanı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra isə Heydər Əliyev parkında  həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmiş, ilk olaraq Əmircan qəsəbəsində Balandin küçəsində 500 ağac əkilmişdir.
Hesabat yığıncağının iştirakçıları rayon İcra Hakimiyyətinin Rəsm qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunmuş, rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış etmişdir.
İlqar Abbasov məlumat vermişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin yanvar ayının 11-də “ATEF Sirkətlər Qrupu”nun Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yağ və gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları istehsal edən iriqabaritli transformatorlar zavodunun açılışında iştirak etmiş, həmin ərazidə yeni yüksəkgərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoymuşdur. 2016-cı ilin  dekabr ayının 8-də isə Zığ-Əmircan-Yeni Suraxanı avtomobil yolunun 5,0 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
¬¬¬  Rayon rəhbəri qeyd etmişdir ki, son illərdə dövlət başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 6-sı icra olunmuş, 19-nun icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 46,3 faizini təşkil etmişdir.
2016-cı il ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 257,2  milyon manat, tikinti-quraşdırma işləri 60,5 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 36,8 milyon manat, kənd təsərrüfatı 3,6 milyon manat, pərakəndə ticarət dövriyyəsi 391,8 milyon manat olmuş, orta aylıq əmək haqqı 555,2 manat təşkil etmiş, əhaliyə 196,7 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, 4619 yeni daimi iş yeri açılmışdır.
2014-2016-cı illər ərzində rayonda müxtəlif sahələrə aid 21 obyekt istifadəyə verilmiş, 8 obyekt əsaslı təmir olunmuş, 5 obyektin  tikintisi davam etdirilmiş, 3 obyekt yenidən qurulmuş, 1 obyektin təməli qoyulmuş, 2 obyekt cari təmir olunmuş, 2 obyektdə cari təmir işləri davam etdirilir.
Əmircan qəsəbəsində ARDNŞ-nin “Neft qaz elmi tədqiqat layihə” İnstitutunun Eksperimental təcrübə-sınaq işləri bazası, Rayon “Gənclər evi”, “Qarabağ” Futbol Klubunun stadionu, 1 mini-futbol meydançası və tutumu 150 kubmetr olan yanğına qarşı su hovuzu, Qaraçuxur qəsəbəsində “ATEF Sirkətlər Qrupu” MMC-nin İriqabaritli Transformatorlar Zavodu,318 saylı məktəbin qarşısında idman kompleksi, Yeni Günəşli “D” yaşayış sahəsində yanğından mühafizə bölməsi, Yeni Günəşli “Q” yaşayış sahəsində“Veteranlar guşə”si, Zığ qəsəbəsində “Bakubus"şirkətinin avtobus deposu və təlim mərkəzi, Nəqliyyatda Baş Polis İdarəsi üçün yeni bina,1 ATS binası,Yeni Suraxanı qəsəbəsində Günəş Elektrik Stansiyası, Suraxanı Tibbi Bərpa Mərkəzi, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsindəki parkda “Veteranlar guşə”si və 1 ATS binası tikilərək istifadəyə verilmişdir.
Dövlət Proqramının icrası nəticəsində 1 tam orta məktəb üçün yeni bina, 3 orta məktəb üçün əlavə tədris korpusu, 2 orta məktəb üçün idman və akt zalları, 1 orta məktəb üçün yeməkxana tikilmiş, 5 tam orta məktəb, 3 uşaq bağçası əsaslı təmir olunmuşdur.
2014-2016-cı illər ərzində rayonda 35,8 km. su və 7,0 km. kanalizasiya xətləri, 172,0 km. kabel, 18,0 km. hava elektrik xətti çəkilmiş, 3,45 km. kanalizasiya kollektorları və tunellər tikilmiş, 25 ədəd KTM quraşdırılmış, 47-i KTM təmir olunmuş, 1 ədədyüksəkgərginlikli elektrik yarımstansiyası, 9 ədəd TM tikilmiş, 43,7 km. yeni qaz xətti çəkilmiş və ya əsaslı təmir olunmuş, 8,4 km. istilik xətləri dəyişdirilmiş, hal-hazırda rayon əhalisinin 100,0%-i elektrik enerjisi ilə, 98,0%-dən çoxu məişət qazı ilə təmin olunur, əhalinin 58%-nə qrafiklə, 38%-nə  isə fasiləsiz içməli su verilir.
Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 594,0 min kv.m. asfalt örtüyü salınmışdır. 2016-cı il ərzində rayonun mənzil-kommunal birlikləri tərəfindən binaların 22,9 min kv.m. dam örtüyü  şüşəli ruberoidlə və metal şifer ilə  təmir edilmiş, 133 ədəd giriş qapısı, 689 ədəd pəncərə təmir edilmiş, 316 p.m. tüstü bacası təmizlənmiş, 3790 metr çirkab su xətti, 1068 metr içməli su xətti təmir olunmuş, binalarda yağış sularının axıdılması üçün 333 p.m. xətt təmir edilmiş, 166 ədəd müxtəlif tutumlu yeni məişət tullantıları konteynerləri quraşdırılmışdır.
Ötən il rayonda 9 “Nümunəvi abad məhəllə” salınmış, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 12 ədəd 9 mərtəbəli binaların həyətlərində abadlıq işlərinə başlanılmışdır.
Ötən dövr ərzində ekoloji problemlərin həllinə diqqət artırılmış, neft və lay suları ilə çirklənmiş 14,8 hektar torpaq sahəsi təmizlənmiş, ümumi sahəsi 19,5 hektar olan müxtəlif ölçülü 78 ədəd gölməçə qurudulmuş, rayonda 17280 ədəd ağac və 16700 kv.m. yaşıl çəmən əkilmiş, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin noyabr ayının 5-dən başlayan “Birinci Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində  13980 ədəd ağac əkilmiş, Zığ və Bülbülə göllərinin təmizlənməsi tədbirləri davam etdririlmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı şəhərinin digər rayonları ilə yanaşıSuraxanı rayonunda da qəzalı evlərin sökülməsinə, onların yerində yeni yüksəkmərtəbəli binaların tikintisinə başlanılmışdır. Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi 36 ünvanda yerləşən bina sökülmüş və yerində tikinti işlərinə başlanılmışdır.
Hesabat dövrü ərzində Suraxanı rayonunda RİH-in təşkilatçılığı və digər qurumların iştirakı ilə bir çox ictimai-siyasi tədbir keçirilmiş, dövlət bayramları və əlamətdar günlər qeyd edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli Sərəncamının icrası istiqamətində 18 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirliyi ilə birgə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda milli azlıqlara həsr olunmuş festival keçirilmişdir. 27 may tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə “Azərbaycanın müstəqilliyi: beynəlmiləlçilik, birgəyaşayış və multikulturalizm ənənələri” mövzusunda konfransı keçirilmişdir. Konfransdan əvvəl rayonda yaşayan müxtəlif xalqların nümayəndələrinin Heydər Əliyev parkında təqdim etdiyi sərgi və  “Gözəl şəhər: Bakı Riqalıların gözü ilə” adlı foto-sərgi nümayiş olunmuşdur. 5 iyun tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında Azərbaycanda yaşayan tatar icması milli bayramları olan “Sabantuy” bayramını qeyd etmişdir. 15 noyabr tarixdə “16 noyabr - Beynəlxalq Tolerantlıq Günü” münasibətilə tədbir keçirilmişdir. 
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin bu tədbirlərin yüksək səviyyədə keçirilməsində müstəsna rolu vardır. Mərkəzdə 2009-cu ildən bəri isə 192 tədbir keçirilmişdir.İndiyədək rayonun Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 70 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 16 minə yaxın istifadəçi faydalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyəsi əsasında 15 fevral–15 may tarixlərdə 172,8 min nəfər rayon sakini və 139 kollektiv, yəni nəzərdə tutulanların 86,2%-i pulsuz tibbi müayinədən keçmiş, müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilmişlər. Artıq bu il də fevralın 15-dən bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrasına başlanılmışdır.
Ötən il ilk dəfə olaraq “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə rayonda yaşayan şəhid, aztəminatlı, imkansız ailələrdən, məskunlaşmış məcburi köçkünlərdən bir qisminə Azərcellin təqdim etdiyi xüsusi avadanlıqlarla təchiz olunmuş Mobil Göz klinikasında pulsuz oftalmoloji xidmət göstərilmişdir. "İşığlı Həyat" layihəsi 2017-ci ildə də davam etdirilir.
“ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusun vasitəsilə Suraxanı rayonunda 2016-cı ilin yanvar-mart aylarında Əmircan, Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 4305 nəfər vətəndaşa səyyar formada xidmət göstərilmişdır.
Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmışdır.
2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısının 2655 nəfərin iştirakı ilə 44 səyyar səyyar görüş-qəbul keçirilmiş, səyyar görüş-qəbullarda qaldırılmış 30 məsələdən 11-i müsbət həll edilmiş, 8-nə müvafiq izah verilmiş, 11-nin icrası Dövlət və yerli proqramlarda nəzərdə tutulduğu haqqında sakinlərə məlumat verilmişdir. Vətəndaşlar RİH başçısı tərəfindən hər həftənin bazar ertəsi günü saat 1400-dan etibarən məhdudiyyətsiz qəbul edilmiş, 2016-cı ildə  RİHB tərəfindən 591 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, 2016-cı il ərzində rayonun aidiyyəti idarələri tərəfindən 2213 ailəyəünvanlı sosial yardım, 2653 ailəyə sosial müavinət təyin edilmiş, Rayon Məşğulluq Mərkəzi 1078 nəfəri işlə təmin etmişdir.
Rayon əhalisinin 55,4 min nəfərini 14-29 yaşda olan gənclər təşkil edir (əhalinin 26%-i). 2016-cı ildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə bağlı 71 tədbir keçirilmişdir ki, ümumilikdə bu  tədbirlərin rayon mərhələsində 14340 uşaq, yeniyetmə və gənc iştirak etmiş, Dövlət İdman Siyasətinin həyata keçirilməsi ilə bağlı 82 tədbir keçirilmişdir ki, ümumilikdə bu tədbirlərdə 15230 idmançı iştirak etmişdir.
Məruzə ərtafında çıxışlarda müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak etmişlər.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış etmişdir.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmiylə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.
Hesabat yığıncağında Milli Məslisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva iştirak etmişdir.

Keçidlər