Şriftin ölçüsü :

Saytın rəngi :

“2 fevral-Gənclər günü” Suraxanı rayonunda qeyd edilmişdir

02 fevral 2017 | 16:00

“2 fevral-Gənclər günü” ilə əlaqədar Suraxanı rayonunda gənclərlə görüş keçirilmişdir. Görüşdə 200-dən yuxarı gənc iştirak etmişdir.
Görüş iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Ündərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Sonra gənclər Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Gənclərə məlumat verildi ki, Mərkəzı  ziyarətə gələnlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olmaq, əyani vəsaitlərdən istifadə etmək imkanı qazanırlar. İndiyədək Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 70 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən  16 minə yaxın istifadəçi faydalanmışdır. Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlarla birgə 2009-cu ildən bəri 195-dən yuxarı  tədbir keçirilmişdir.
Gənclərlə “Atəşgah” restoranında davam etdirilən görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Afət Həsənova gəncləri “2 fevral-Gənclər günü”  münasibəti ilə təbrik edərək qeyd etdi ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimiz böyük nailiyyətlərə imza atırlar, cəmiyyətdə mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün Müstəqil Azərbaycan Respublikasını gücləndirir. Gənclərimizin sorağı Beynəlxalq konfranslarda , dövlət və hökümət qurumlarından, ölkələrarası debatlardan, intellektual bilik yarışlarından gəlir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd etdi ki, Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. Gənclər Siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Əli Pənahov çıxış edərək vurğuladı ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Görüşdə rayonun ictimai həyatında fəal iştirak etmiş bir qrup rayon gəncinə Rayon İcra Hakimiyyəti başçısının, Bakı şəhər Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur.
Sonda “Gənclər evi”nin və rayonun mədəniyyət ocaqlarının bədii kollektivləri konsert proqramı ilə çıxış etdi.

Keçidlər