Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

27 yanvar 2017 | 16:00

27 yanvar 2016-cı il tarixdə Qaraçuxur qəsəbəsindəki 104 saylı tam orta məktəbdə Suraxanı rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətlərinin rəhbərlərinin və qəsəbə sakinlərinin iştirakı ilə hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Qaraçuxur qəsəbəsi üzrə nümayəndəsi Vilayət Əmirov və Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov ötən il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış ediblər.

Hesabat yığıncağında çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti Başçısı İlqar Abbasov Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradılmasından və 2016-cı il ərzində Qaraçuxur qəsəbəsində görülmüş işlər haqqında ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sond qəsəbə sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilmişdir. Qəsəbənin gələcək inkişafı, qəsəbədaxili yolların asfaltlaşdırılması və küçələrin işıqlandırılması, ərazinin sanitar təmizliyi, nəqliyyatla yaranmış problemlər  və s. barədə müraciətlər dinlənilmiş, onları narahat edən suallar cavablandırılmış, nöqsanların aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər