Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

25 yanvar 2017 | 16:00

25 yanvar 2017-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2016-2017-ci tədris ilində növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 114, 141, 232, 270 və 280 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
Açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Dərsin mövzusunu elan edən Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Azərbaycanın yarım əsrə bərabər dövrünü əhatə edən Heydər Əliyev epoxası tariximizə qızıl hərflərlə həkk olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik tariximizin əbədi şöhrətinə çevrilmiş Ulu Öndər Heydər Əliyev öz bəşəri əməlləri ilə qüdrətli dövlət xadimi və əvəzedilməz bir şəxsiyyət olduğunu dünya qarşısında nümayiş etdirmişdir. Ümummilli Liderimiz Heydər Əliyev özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiliyi, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Barxudar Barxudarov xüsusi vurğulamışdır ki, bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yolla inamla irəliləməkdədir.
Müasir Azərbaycan dövlətinin qurucusu olan, həyatını xalqına xidmətə həsr edən Ümummilli Lider Heydər Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən, bu böyük insanın adının hər zaman dərin ehtiramla anılmasına səbəb olan amillərdən biri də Ulu Öndərin humanizm prinsiplərinə söykənən nəcib əməlləridir. Ümummilli Liderin bu nəcib əməllərini davam etdirən, onun milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılayan, amallarını rəhbər tutaraq fəaliyyət göstərən, ümumbəşəri mədəniyyətə, sülhə öz töhfələrini verən Heydər Əliyev Fondu UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında ölkəmizin dünya miqyasında daha geniş spektrdən tanınmasında, qədim və zəngin mədəniyyətə, söz, muğam sənətinə malik xalqımızın milli dəyərlərinin qorunmasında və təbliğində mühüm rol oynayır.
Açıq dərsdə 280 nömrəli tam orta  məktəbin müəllimi Səidə Nəbiyeva, 232 nömrəli tam orta  məktəbin müəllimi Zərxanım Zülfüfarova, 270 nömrəli tam orta  məktəbin müəllimi Təranə Mirzəyeva, 280 nömrəli tam orta  məktəbin müəllimi Aksana Usubəliyeva, 141 nömrəli tam orta  məktəbin müəllimi Esmiralda Hacıyeva, 114 nömrəli tam orta  məktəbin müəllimi Kənan Əliyev dərs dedilər.
Açıq dərsdə mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırıldı.

Keçidlər