Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilir

18 yanvar 2017 | 16:00

"20 Yanvar” faciəsinin 27-cı ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir.
Növbəti tədbir Hövsan qəsəbəsində yerləşən 23 №-li Şəhər Poliklinikasında keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı.
Sonra 20 yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan poliklinikanın baş həkimi Şərəbanı  Yusifzadə qeyd etdi ki, qanlı 20 Yanvar hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev qeyd etdi ki,yalnız  Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu.
Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı.
Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir
Xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin  problemlərinə də böyük qayğı ilə yanaşır.
Tədbirdə çıxış edənlər vurğuladılar ki, bu qanlı tarix - 20 Yanvar faciəsi eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsidir.
Sonda məktəblilərin ifasında "20 Yanvar” faciəsinə  həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər