Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

29 noyabr 2016 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 84, 87, 89, 97, 101 və 104 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdir.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2016-2017-cı tədris ilində ayda bir dəfə keçirilməklə  rayonun bütün məktəblərini əhatə edir.
Açıq dərslərə 2017-ci ilin may ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən rayon tədbirində yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Növbəti açıq dərsdə iştirak edən şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərinin öyrənilməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Açıq dərsdə 87 nömrəli tam orta  məktəbin müəllimi Sevil Məmmədsalahova, 89 nömrəli tam orta  məktəbin müəllimi Nigar Abdinova, 97 nömrəli tam orta  məktəbin müəllimi Yeganə Məmmədova, 101 nömrəli tam orta  məktəbin müəllimi Kamilə Fərəcova, 104 nömrəli tam orta  məktəbin müəllimi Sədaqət Zeynalova animasiyadan istifadə etməklə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdilər.
Şagirdlərin diqqətinə çatdırıldı ki, Ulu Öndər Heydər Əliyev səxsiyyətinin Azərbaycan  dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Ulu Öndər Heydər Əliyev müdrikliyindən, taleyin ona qismət etdiyi bilik və qabiliyyətindən öz şəxsi məqsədləri üçün deyil, millət və xalqı yolunda istifadə etmişdir. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Bu səbəbdəndir ki, Heydər Əliyevin tərcümeyi-halı Azərbaycanın tarixi ilə o qədər qaynayıb-qarışmışdır ki, onları bir-birindən ayırmaq mümkün deyildir. Bu bir həqiqətdir ki, biz Heydər Əliyev haqqında danışarkən Azərbaycandan, Azərbaycan barədə danışanda Heydər Əliyevin fəaliyyətindən söhbət açmış oluruq.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanımızın öz müstəqilliyini bərpa etməsindən keçən, tarix üçün bir an qədər çəkən  müddətdən sonra geriyə baxanda uğurlu daxili və xarici siyasət yürüdən ölkəmizin qazandığı möhtəşəm nailiyyətlər  və beynəlxaq aləmdəki mövqeyi aydın görünür. Az vaxt ərzində ictimai, siyasi və iqtisadi həyatın bütün sahələrində əldə olunan müvəffəqiyyətlər bütün dünyanı heyran qoymuşdur. Hazırda Azərbaycanın hər yerində gedən möhtəşəm quruculuq işləri, mədəniyyət, idman və digər sahələrdəki tərəqqi hər bir Azərbaycanlını qürurlandırır, ölkəmizə gələn çoxsaylı qonaqları heyrətə salır.
Heydər Əliyev bütün varlığı ilə Vətəninə, torpağına, xalqına bağlı insan, əsl dövlətçi idi. Ömrü boyu çalışdığı bütün sahələrdə və vəzifələrdə Vətəninin bu günü, gələcəyi barədə düşünmüş, konkret, əməli işlər görmüşdür.
Dərsdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyaları 21-ci əsrdə onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi   altında  həyata keçirilən məqsədyönlü və  müdrik  dövlətçilik siyasəti nəticəsində  sıçrayışlı inkişaf və modernləşmə dövrünü yaşayan Müasir Azərbaycanımız yaradılmış möhkəm təməl üzərində dinamik inkişaf edərək iqtisadi qüdrətini davamlı artıraraq regionun lider dövlətinə çevrilmiş, dünya birliyində layiqli yerini tutmuş, etibarlı tərəfdaş kimi tanınmışdır.
Ümummilli Liderin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu milyonların ümid, pənah yerinə çevrilmişdir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xöşməramlı səfiri, Milli Məslisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da yüksək qiymətləndirilir.
Açıq dərs xüsusi hazırlanmış animasiya, foto, video materiallardan istifadə etməklə tədris olunmuşdur.

Keçidlər