Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda artıq 127152 nəfər tibbi müayinədən keçib

21 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.
Rayon İcra Hakimiyyəti başçısının  sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 15 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Tibbi müayinənin aparıldığı müəssisələrdən biri də 13 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Zümrüd Abdullayeva bildirdi ki, Xəstəxana 2014-cü ildə  əsalı təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Uzun müddət  həkimə müraciət etməyən sakinlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisə 23979 nəfər böyük əhaliyə xidmət edir. Xəstəxanaya gələnlər ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 16092 nəfər tibbi müayinədən keçib. Onlardan 375 nəfəri rentgen, 591 nəfəri USM aparatından, 4394 nəfəri laboratoriya və 715 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 389 nəfərində xəstəlik aşkar olunub,  39  nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində işlər görülür.
Zümrüd Abdullayeva məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən vətəndaşlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Əmircan qəsəbə sakini, ağsaqqallar şurasının sədri Tofiq Nəsirov 13 nömrəli BŞX-nin  tibbi  heyyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlıq etdi.
Əmircan qəsəbə sakini Əhmədova Gülnaz Əkbərqızı bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.
            Məlumat üçün bildirək ki, Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
21 aprel  2016-cı il tarixədək Suraxanı rayonunda  127152 nəfər vətəndaş və 139 kollektiv tibbi müayinədən keçib. 4186 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 184 nəfər stasionar müalicəyə cəlb edilmiş,  201 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.

Keçidlər