Home Contact Phone
background
  • Ünvan: AZ-1042, Bakı şəhəri,Suraxanı rayonu, Əmircan qəsəbəsi, Park küçəsi 30
  • Faks: (+994 12) 452 21 72
  • E-mail: mail@surakhani-ih.gov.az

Xəbərlər

  • Suraxanı rayonunda ilin 1-ci rübünün yekunlar...

    Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur

    2018-04-19

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.

  • Suraxanı rayonunda çağırışyaşlı gəncləri...

    Suraxanı rayonunda çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir

    2018-04-13

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlanmışdır.

  • Suraxanıda Azərbaycanlıların soyqırımının ...

    Suraxanıda Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı “Tarix unudulmur” devizi altında yürüş keçirilib

    2018-03-31

    Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmişdir. 31 mart 2018-ci il tarixində Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin məsul işçilərinin, min nəfərdən yuxarı rayon ziyalısının və ictimaiyyət nümayəndəsinin iştirak etdiyi “Tarix unudulmur” devizi altında yürüş keçirilımişdir.

  • Suraxanıda “31 mart Azərbaycanlıların Soyqı...

    Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

    2018-03-30

    Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitunun və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir.

  • “31 mart Azərbaycanlıların Soyqırımı Gün...

    “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Suraxanıda silsilə tədbirlər keçirilir

    2018-03-27

    “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir. Rayon məktəbliləri 27-30 mart tarixlərində tərtib olunmuş cədvələ uyğun olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyi ilə tanış olurlar.

  • Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsind...

    Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur

    2018-03-26

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.

  • Suraxanı rayonunda Novruz bayramı geniş qeyd ed...

    Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir

    2018-03-19

    19 mart 2018-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.

  • Rayonun Zığ qəsəbəsində növbəti səyyar g...

    Rayonun Zığ qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

    2018-03-10

    10 mart 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Zığ qəsəbəsi, Zığ yolu küçəsi, 43 saylı evin yanında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 40 nəfər sakin, aparatın məsul işçiləri, Zığ qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

  • Rayonun Bülbülə qəsəbəsində növbəti səyy...

    Rayonun Bülbülə qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

    2018-03-03

    2 mart 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi, 2 saylı evin yanında sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 35 nəfər sakin, aparatın məsul işçiləri, Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

  • Rayonun Yeni Suraxanı qəsəbəsində növbəti s...

    Rayonun Yeni Suraxanı qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

    2018-02-28

    28 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçə, Keçid № 4-də sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 55 nəfər sakin, aparatın məsul işçiləri, Yeni Suraxanı qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

  • Rayonun Hövsan qəsəbəsində növbəti səyyar ...

    Rayonun Hövsan qəsəbəsində növbəti səyyar görüş keçirilmişdir

    2018-02-27

    27 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Hövsan qəsəbəsi, 1 №-li Zeytun Sovxozunda sakinlərlə növbəti səyyar görüşü olmuşdur. Görüşdə 65 nəfər sakin, aparatın məsul işçiləri, Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

  • Suraxanıda Xocalı faciəsinin 26-cı ildönümü...

    Suraxanıda Xocalı faciəsinin 26-cı ildönümü geniş qeyd edildi

    2018-02-23

    “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 6 fevral 2018-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə Tədbirlər planı təsdiq edilmiş və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun təhsil, səhiyyə və sənaye müəssisələrində silsilə tədbirlər keçirilir.

  • Suraxanı rayonunda Bakı Dövlət Universitetinin...

    Suraxanı rayonunda Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir

    2018-02-21

    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Dövlət Universitetinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə Suraxanı rayonunda keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.

  • Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Ç...

    Suraxanıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 6-cı ildönümü qeyd edildi

    2018-02-13

    Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin konfrans zalında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmasının 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

  • Suraxanı rayonunda 2017-ci ilə yekun vurulmuşdu...

    Suraxanı rayonunda 2017-ci ilə yekun vurulmuşdur

    2018-02-09

    “Suraxanı rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, sonra isə Heydər Əliyev parkında həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmişdir.

  • Elan

    Elan

    2018-02-05

    9 fevral 2018-ci il tarixdə saat 15:00-da Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında “Suraxanı rayonunun 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr haqqında” rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçiriləcəkdir.

  • Suraxanı rayon İcra Hakimiyyəti başçısının...

    Suraxanı rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib

    2018-01-26

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına daim diqqət və qayğı göstərir. Bu, Suraxanıda da aydın nəzərə çarpır. Təkcə ötən il ərzində rayonda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir edilib, hasarlar rənglənib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, giriş blokları və pilləkənlər təmir edilib. Küçələrin kənarında və binaların qarşısında səliqə-səhman yaradılıb, ağac və gül kolları əkilib.

  • Suraxanıda rayonunda 20 Yanvar faciəsi silsilə ...

    Suraxanıda rayonunda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilmişdir

    2018-01-18

    "20 Yanvar” faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilmişdir. “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 198 №-li, 20.12.2017-ci il tarixli sərəncamının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 166 №-li, 27.12. 2017-ci il sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir.

  • Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlıların...

    Suraxanıda 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl təntənəli qeyd edilir

    2017-12-27

    “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni 2018-ci il” münasibəti ilə rayonda silsilə tədbirlər keçirilir. Rayonun ərazisində yerləşən təhsil, səhiyyə, sənaye müəssisələrində dəyirmi masalar, müxtəlif müsabiqələr, bayram şənlikləri təşkil olunur.

  • 2017-ci ildə sahibkarlara 146 milyon manat güzə...

    2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib

    2017-12-27

    Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun birgə təşkilatçılığı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair növbəti 12-ci işgüzar forumu keçirilmişdir. Forumda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, rayonun 120 sahibkarı və müvəkkil bankların nümayəndələri iştirak etmişdir.

  • Suraxanı rayonu Heydər Əliyev Mərkəzində nö...

    Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

    2017-12-27

    27 dekabr 2017-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 2017-2018-ci tədris ilində növbəti açıq dərs keçirilmişdir.

  • Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşay...

    Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

    2017-12-24

    Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

  • Dövlət Statistika Komitəsi şəhər, qəsəbə ...

    Dövlət Statistika Komitəsi şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirələrinə start verib

    2017-12-20

    Dekabrın 20-də paytaxt Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı təlimat xarakterli zona müşavirəsi keçirilib.

  • Suraxanı Ulu Öndər Heydər Əliyevin Anım gün...

    Suraxanı Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

    2017-12-11

    Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Ağsaqqallar Şurası, Suraxanı Rayon İcra Hakimiyyəti və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü münasibəti ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilmişdir.

  • Suraxanının səhiyyə işçiləri Ulu Öndərin ...

    Suraxanının səhiyyə işçiləri Ulu Öndərin xatirəsini andı

    2017-12-09

    Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevi Anım günü məqsədi ilə rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirləri təşkil olunur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir rayonun səhiyyə işçilərinin iştirakı ilə Suraxanı Tibbi Bərpa Mərkəzində keçirilmişdir.

əvvəlki [2] növbəti