Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər davam etdirilir

06 may 2022 | 16:00

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan “ Heydər Əliyev- gücün, iradənin və sevginin vəhdəti” adlı tədbir keçirilmişdir.

      Tədbirdə Suraxanı RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiə Namazova, YAP Suraxanı rayon təşkilatının sədr mavini Salman Əbdülov, Suraxanı rayon Gənclər evinin drektoru Natavan Rüstəmova, Bülbülə mədəniyyət evinin drektoru Fazil Vəliyev, Suraxanı MKS-nin drektoru Mərziyyə Əhmədova, Q.Abbasov adına Mədəniyyət evinin drektoru Xavər Ramazanova, M.Əliyev adına Hövsan Mədəniyyət evinin drektoru Vasif Rəhimov, G.Əliyeva adına UİM-in direktoru Elvina Əhmədova, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları, Fövqəlada Hallar Nazirliyi Akademiyasının kursantları, şəhid ailələri və qazilər, “Canlı işiqfor” Xalid Musayev və komandası, Respublika qadınlar cəmiyyətinin və şəhid ailələrinin müdafiə cəmiyyəti Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərin şagird və müəllimləri iştirak etdilər.
      Tədbir iştirakçıları  əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzdü, sonra Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış oldular. Mərkəzin bələdçi Könül Xalıqova Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin siyasi irsini əks etdirən ekspozisiyalarla , “Muzey”, "Rəsm studiyası", “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri  ilə tədbir iştirakçılarını tanış etdi.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə acıq elan olundu. Sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
     Tədbiri giriş sözü ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin direktor əvəzi Firəngiz Məlikbəyli  açaraq müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbi olmasından, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışdı. O qeyd etdi ki, Milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin, dilimizin qorunmasında ümummilli liderin xidmətləri əvəzsizdir.
      Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond müdiri Zəkiyə Hacıyeva “Heydər Əliyevdən başlayan zəfər yolumuz” adlı məruzə ilə çıxış edərək, dahi şəxsiyyətlə  bağlı xatirələrini bölüşərək ulu öndərin uzaqgörən, müdrik insan olmaqla yanaşı, həm də gözəl həmsöhbət olduğunu vurğuladı. Z.Hacıyeva çıxışında 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini qeyd etdi və bu qələbəni, zəfəri bizlərə yaşadan  Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizin olduğunu vurğuladı.
     Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr mavini Salman Əbdülov çıxış edərək, ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirdi. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyət olduğunu qeyd etdi.
       Tədbirinin rəsmi hissəsi bitdikdən sonra, bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Bülbülə Mədəniyyət evinin  “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvlərinin ifasında pantamim tamaşa, Naxçıvan MR-nin Əməkdar artisti Elçin Nağının, gənc qiraətçi Turqay Camal, Suraxanı rayon 114, 140, 172 və 327 saylı tam orta məktəblərin şagirdlərinin, 3 saylı UİM- nin və Suraxanı rayon Gənclər evinin dərnək üzvlərinin ifasında Azərbaycana və Ulu öndər Heydər Əliyevə  həsr edilmiş şeir və musiqilər səsləndirildi.Ümummilli Lider Heydər Əliyevin zəngin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.


   Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər