Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvarın 28-i Şəhidimiz Orucov Coşqun Oruc oğlunun doğum günüdür.

28 yanvar 2022 | 16:00

Bu gün, yanvarın 28-i Vətən uğrunda haqq savaşının qəhrəmanı, gəncliyini, ömrünü vətənə fəda edən Şəhidimiz Orucov Coşqun Oruc oğlunun doğum günüdür.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,  Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə və müəssisə rəhbərləri Zığ qəsəbəsində Şəhid Coşqun Orucovun məzarını ziyarət edərək onun ailə üzvlərinə dərin hüznlə başsağlığı vermişlər.
Vətənimizin müdafiəsi uğrunda savaşmağın və şəhidlik zirvəsinə ucalmaq məqamının ən böyük şərəf və qürur olduğunu söyləyən RİH başçısı Əziz Əzizov bu qələbədə mənfur düşmənə qarşı şücaətlə vuruşaraq öz həyatını qurban edən şəhidlərimizin, o cümlədən Coşqun Orucovun payının əvəzsiz olduğunu vurğulayıb. O bildirib ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti ilə qazanılmış tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq.
Qeyd edək ki, Şəhidimiz Coşqun Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allahdan bütün Şəhidlərimizə rəhmət, onların yaxınlarına səbr diləyirik.

 

 

Keçidlər