Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mustafazadə Ceyhun Şükür oğlunun bu gün doğum günüdür

27 yanvar 2022 | 16:00

1997-ci ilin bu günündə dünyaya göz açmış Şəhidimiz Vətən Müharibəsi başlandığı gündən cəsur kəşfiyyatçı kimi döyüş əməliyyatlarına qatılıb. Murov yüksəklikləri, Cəbrayıl, Füzuli, Ağdərə istiqamətində Suqovuşan kəndi və Mübariz İbrahimov postu uğrunda döyüşlərdə və digər yüksəkliklərin alınmasında böyük şücaət göstərmişdir.  Oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Ceyhun kimi Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. 
Şəhidimizə Allahdan rəhmət, ailəsinə və doğmalarına səbr və dözüm diləyirik.
Azərbaycan xalqının fəxri olan Şəhidlərimizin əziz xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik məqamına ucalan igidlərimizin ailələrinin yanında olacaq.

 

Keçidlər