Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.

19 yanvar 2022 | 16:00


Hövsan Mədəniyyət Sarayının işçi heyəti və bədii kollektiv üzvləri 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət etmişlər. Həmçinin, Mədəniyyət Sarayında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmiş, Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban edən şəhidlərin ruhu ehtiramla yad olunaraq cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsindən danışılmışdır.
Tədbirdə sarayın bədii kollektivləri, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət xanım Xanməmmədova və İbiş Məmmədovun anası Zəri xanım Babayeva iştirak edərək 20 Yanvar faciəsi haqqında öz xatirə ilə çıxış etmişlər.

 

Keçidlər