Maarifləndirmə tədbirində Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin və Suraxanı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin, səhiyyə müəssisələrinin rəhbərləri, tibb işçiləri iştirak etmişlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYGB-nin müdiri İqbal Səfərova və bölmənin həkimi Mehriban Eminova çıxış edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması, məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə məlumat vermişlər.