Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Yunis Zaur oğlu anıldı

13 yanvar 2022 | 16:00

Yanvarın 13-də, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan əsgər Əliyev Yunis Zaur oğlunun doğum günü ərəfəsində Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin, 327 saylı tam orta məktəbin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavini Könül xanım Axundova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin şöbə müdirləri və əməkdaşları, Suraxanı rayonu, Heydər Əliyev Mərkəzinin əməkdaşları, 327 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Şəhidin doğmaları və döyüş yoldaşları iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri biri giriş sözü ilə açan Suraxanı rayonu, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Zəkiyə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun əldə etdiyi nailiyyətlərdən, qazandığımız qələbənin xalqımızın iftixar və qürur mənbəyinə çevrilməsindən, Azərbaycanın öz gücünü və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirməsindən, həmçinin  şəhidlərimizin qəhrəmanlığından və Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olmasından bəhs etmişdir.
327 saylı tam orta məktəbin direktoru Səadət Məmmədovanın, Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynovun, şəhid Yunis Əliyevin atası Zaur Əliyevin, şəhid Səbuhi Əsədovun anası Cahan xanımın və Qurban Abbasov adına Mədəniyyət sarayının bədii rəhbəri, şəhid bacısı Bəhiyyə Nağıyevanın və şəhidin döyüş yoldaşlarının çıxışları ilə davam edən tədbirdə şəhidin məzun olduğu 327 saylı tam orta məktəbin şagirdlərinin ifasında Yunisin keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş bədii kompazisiya nümayiş olunmuşdur.

 

Keçidlər