Şriftin ölçüsü :

Saytın rəngi :

"Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun vəfatından 40 gün keçir.

08 yanvar 2022 | 16:00

Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olan Şəhidimiz, Şanlı Qələbənin qazanılmasında böyük xidmətləri olmuş Vətən müharibəsinin iştirakçısı kapitan Əliyev Xəyyam Əlixan oğlunun vəfatından 40 gün keçir.
Şəhidin 40 mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin və əməkdaşlarının, hərbi xidməti başa vurmuş general-leytenant Əsgər Xəlilovun, Milli Məclisin deputatları Afət xanım Həsənovanın, Etibar Əliyevin, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətovun, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədovun, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, RİHB-nin müavinlərinin və şöbə müdirlərinin, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin əməkdaşlarının, Suraxanı Gənclər evinin direktorunun, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədrinin, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu və gənclərin, Şəhidin doğmaları və yaxınlarının iştirakı ilə  məzarı ziyarət olunmuş, ruhuna dualar edilmişdir.
Şəhidimizin valideynlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Əziz Əzizov qeyd etmişdir ki, bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Allahdan Şəhidimizə rəhmət diləyən Əziz Əzizov onun özündən sonra əmanət qoyduğu körpə balasının da vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirmiş və ailəsinə səbr diləmişdir.
Tədbirdə çıxış edən Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov haqq dünyasına qovuşmuş Şəhidimizin doğmalarına təskinlik verərək belə igid oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləmişdir.

 

 

Keçidlər