Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda qəsəbələrarası və məhəllədaxili yolların yenidən qurulması davam etdirilir.

07 yanvar 2022 | 16:00

Suraxanı rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri həyata keçirilərək uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması davam etdirilir.
Hazırda Əmircan qəsəbəsi, İ.Şükürov küçəsi, döngə 2 ünvanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3120 kv.m asfalt örtüyü salınır.
Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

 

 

Keçidlər