Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 4-də Əmircan qəsəbəsində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş “Payızın Zəfəri” adlı sərgi keçirilmişdir.

04 noyabr 2021 | 16:00

Noyabrın 4-də Suraxanı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin, “Atashgah Art Centre”-in birgə təşkilatçılığı ilə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda Vətən Müharibəsinin birinci ildönümünə həsr olunmuş “Payızın Zəfəri” adlı sərgi keçirilmişdir.

Sərgidə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Prokuroru Rəşid Mahmudov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, Şura üzvü Hicran Şərifov, RİHB-nin müavinləri, şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr, Suraxanı Rayon Gənclər Evinin direktoru, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin nümayəndəsi, “ABAD”-ın və “Atashgah Art Centre”-in rəhbərləri, şəhid ailələri və qazilər iştirak etmişlər.

“Payızın Zəfəri” adlı sərgidə “ABAD”, “Buta”, “İpək Yolu”, “Zadagan”, “Gilabi Ceramics” kimi yerli brendlərin “Qarabağ” kolleksiyaları və tanınmış rəssamların Zəfəri tərənnüm edən rəsm əsərləri sərgilənmişdir.

Keçidlər