Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz gənclər!

13 avqust 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı Gənclər Evi və ,,Speak like Ali" layihəsinin rəhbəri, Gənc Mədəniyyət İşçisi, Sosial və Təhsil layihələri üzrə azad icraçı koordinator, danışıq təlimçisi Əliseyfəl Quliyevin təşkilatçılığı ilə Şəhid, Qazi və aztəminatlı ailələr üçün 1 ay müddətində təmənnasız təşkil olunacaq ingilis dili təlimlərinə və nitqin inkişafının təkmilləşdirilməsi proqramına start verilir.

Layihənin təşkil olunmasında məqsəd Şəhid, Qazi və aztəminatlı ailələrin daim diqqət mərkəzində saxlanılmasına, gənclərin dil biliklərinin artırılmasına və gələcək inkişaflarına töhvə verməkdən ibarətdir.

1 aylıq dövr ərzində baş tutacaq xüsusi danışıq treninqləri layihəsi ,,Oxford" Universitetinin danışığın təkmilləşdirilməsi və nitqin inkişafı tədris proqramına əsasən həyata keçirilir.

Yaş: 14-29 yaş arası gənclər.

Qeydiyyat linki:

https://docs.google.com/.../1fJXpx8yJ0.../edit

Keçidlər